Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, sərkərdə məharəti, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin misilsiz fədakarlığı və qəhrəmanlığı nəticəsində əldə olunduğunu xüsusi vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik etmiş, xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş tapşırıqların layiqincə icra olunduğu bildirilmiş, keçirilən əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqlarından danışılmış, igidlikləri ilə örnək olan Şəhidlərimizin hər zaman ehtiramla xatırlanacağı, qanları ilə yazdıqları tarixi Zəfərin daim uca tutulacağı böyük qürur hissi ilə qeyd edilib.
Bildirilib ki, Azərbaycan xalqının milli ruhunun, əzmkarlığının və torpaqlarımıza sarsılmaz bağlılığının təntənəsi olan Vətən müharibəsi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsində mühüm tarixi mərhələ kimi əbədi yaddaşlara həkk olunub.
Tədbirin sonunda Böyük Zəfərimizə həsr olunmuş “Dövlət xətti” sənədli filmi nümayiş olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


